ADA məktəbi IB beynəlxalq diplom proqramı üzrə tədris etmək hüququ əldə edib

ADA məktəbi IB beynəlxalq diplom proqramı üzrə tədris etmək hüququ əldə edib 2019-cu ildə universitetin nəzdində fəaliyyətə başlayan ADA məktəbi IB beynəlxalq diplom proqramı üzrə tədris etmək hüququ əldə edib.
Elm və təhsil
16 May , 2023 17:58
ADA məktəbi IB beynəlxalq diplom proqramı üzrə tədris etmək hüququ əldə edib

2019-cu ildə universitetin nəzdində fəaliyyətə başlayan ADA məktəbi IB beynəlxalq diplom proqramı üzrə tədris etmək hüququ əldə edib.

"Report" xəbər verir ki, ADA Universitetinin tədris işləri üzrə prorektoru Vəfa Kazdal məktəb və universitetin ilk gündən beynəlxalq standartlara cavab verməyə çalışdığını bildirib.

O qeyd edib ki, məktəb hələ pandemiyadan əvvəl IB sertifikatı üçün müraciət edib və bu günlərdə müvafiq icazəni alıb.

“Bu, yeni nailiyyətlər üçün platforma və imkanlar yaradır”, - o deyib və əlavə edib ki, beynəlxalq sistem Azərbaycanın təhsil standartlarına uyğunlaşdırılacaq.

Bununla da, Azərbaycan üçün lazım olan fənləri tədris etmək mümkün olacaq.

Öz növbəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva qeyd edib ki, bu proqram artıq Azərbaycan məktəblərində tətbiq olunur və müasir dünya üçün zəruri olan bilikləri inkişaf etdirməyə imkan yaradır.

IB proqramı dünya universitetləri tərəfindən tanınan tam orta təhsil haqqında beynəlxalq diplomdur. Hazırda 125 ölkənin 2718 beynəlxalq məktəbində IB proqramı üzrə tədris həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi