Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin müəlliminin şagirdə şiddət göstərməsi ilə bağlı iddia araşdırılacaq.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib.
Qeyd olunub ki, ictimaiyyətə bu barədə məlumat veriləcək.
Xatırladaq ki, sosial şəbəkədə Ceyranbatan qəsəbəsi, bir nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi Aynurə Məmmədovanın 2019-cu ildən bu günə kimi dərs dediyi Elgün Abbasovu mütəmadi olaraq fiziki şiddətə məruz qoyduğu və bu səbəbdən şagirdin dərsə getmək istəmədiyi yazılıb. Onun valideyni iddia edir ki, bununla bağlı məktəb rəhbərliyinə məlumat verilsə də, problem həllini tapmayıb.