Abituriyentlərin ixtisas seçimi başa çatıb

Abituriyentlərin ixtisas seçimi başa çatıb 38 mindən çox abituriyent ərizələrini təsdiqləyib
Elm və təhsil
173
11 Avqust , 2016 12:50
Abituriyentlərin ixtisas seçimi başa çatıb

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycanda ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi başa çatıb.

“Report”un məlumatına görə, 38 117 abituriyent öz ixtisasını seçərək təsdiq edib. I-IV ixtisas qrupu üzrə seçimini edən 36 629 nəfərdən 33 107-si Azərbaycan, 3 522-si isə rus bölməsinin abituriyentlərdir. 

440 abituriyent isə elektron ərizələrinə daxil olsalar da, ixtisas seçimlərini təsdiqləməyiblər.

V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət alan 1488 abituriyent də elektron ərizələrinə daxil olaraq ixtisas seçimini həyata keçirib. Onlardan da 1 299-u Azərbaycan, 189-u isə rus bölməsinin abituriyenti olub. 

Son xəbərlər

Orphus sistemi