83 saylı məktəb-liseydə “Bayrağımız-qürur mənbəyimizdir!” adlı tədbir keçirilib

83 saylı məktəb-liseydə “Bayrağımız-qürur mənbəyimizdir!” adlı tədbir keçirilib Bakı. 7 dekabr. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonundakı 83 saylı məktəb-liseydə “Bayrağımız-qürur mənbəyimizdir!” adlı tədbir keçirilib.
Elm və təhsil
7 Dekabr , 2017 13:09
83 saylı məktəb-liseydə “Bayrağımız-qürur mənbəyimizdir!” adlı tədbir keçirilib
Report/ Orkhan Azim

Bakı. 7 dekabr. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonundakı 83 saylı məktəb-liseydə “Bayrağımız-qürur mənbəyimizdir!” adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin, Təhsil Nazirliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid anaları, müharibə veteranları iştirak ediblər.

Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəblilərin bayrağa həsr etdikləri şeirləri səsləndirilib.

83 saylı məktəb-liseyn direktoru Nəbi Mahmudov çıxışında qeyd edib ki, tədbirin keçirilməsində məqsəd gələcəyimiz olan uşaqların vətənə və bayrağa olan istəklərini dərinləşdirməkdir.

Çıxış edənlər tədbirin əhəmiyyətindən danışaraq gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirin davamında üç rəngli göy, qırmızı, yaşıl, ay-ulduzlu bayrağın Sağlam Təhsil sinfinin şagirdlərinə təqdim etməsinə, məktəblilərin bayrağa “Sədaqət” andı içməsinə və dövlət bayrağının təbliğinə dair hazırlanmış sosial rolik nümayiş olunub.

Qeyd edək ki, tədbir “İnnovativ Təşəbbüslər” İctimai Birliyinin təşəbbüsü, Şəhid ailələrinə sosial dəstək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi