700 bal toplamış abituriyent: “BANM-də təhsil almaq üçün çox gözəl şərait yaradılıb”

700 bal toplamış abituriyent: “BANM-də təhsil almaq üçün çox gözəl şərait yaradılıb” Bakı. 27 iyul. REPORT.AZ/ Bu ilin qəbul imtahanında 700 bal toplayan Xəyal Fərzəliyev Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib.
Elm və təhsil
27 İyul , 2018 14:33
700 bal toplamış abituriyent: “BANM-də təhsil almaq üçün çox gözəl şərait yaradılıb”
BANM
0 : 00
0 : 00

Bakı. 27 iyul. REPORT.AZ/ Bu ilin qəbul imtahanında 700 bal toplayan Xəyal Fərzəliyev Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib.

"Report" həmin müsahibəni təqdim edir:  

- Xəyal, özünüz haqda bir az danışın.

- Mən, Fərzəliyev Xəyal Vüqar oğlu Şamaxı rayonunun I Çaylı kəndində anadan olmuşam. 2007-ci ildə Xəzər rayonu 181 saylı orta məktəbdə birinci sinfə getmişəm. 2014-cü ildə Fizika-riyaziyyat və İnformatika təmayüllü Respublika liseyinə daxil olmuşam. 2017-ci il Respublika Fənn Olimpiadalarının medalçısıyam. Orta məktəbin 11-ci sinifini qırmızı attestat və qızıl medalla bitirmişəm.

- Qəbul imtahanında göstərdiyin uğura görə kimə təşəkkür edərdiz?

- Bu uğuruma görə valideynlərimə və əməyi keçən bütün müəllimlərə təşəkkür edirəm.

- I qrupa üstünlük verməyinizin səbəbi nədir?

- Dəqiq elmləri uşaqlıqdan çox sevirəm. Bu sahə mənə daha asan və maraqlı gəlir.

- Universitetlər arasında niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiz?

- BANM Azərbaycan universitetləri arasında qısa vaxt ərzində özünə böyük nüfuz qazanıb və hazırda ölkənin ən nüfuzlu universitetidir. Bu universitetdə təhsil almaq üçün çox gözəl şərait yaradılıb və müasir avadanlıqlarla təmin olunub. Tələbələr həm də burada asudə vaxtlarını səmərəli keçirə bilərlər.

- Boş vaxtınız olduğu zaman nə etməyi sevirsiz?

- Boş vaxtım olanda bədii ədəbiyyat oxuyuram, musiqi dinləyirəm. Ucadan şeir deməkdən xüsusi zövq alıram.

- Bəs BANM-da hansı ixtisası seçdiniz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?

- Mən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçdimş Səbəbi isə çox prestijli sahə olmasıdır. Həm də bu sahədə ölkəmə daha çox xeyir verə biləcəyimi fikirləşdim.

- Sizcə müasir dövrdə parlaq gələcəyi olan ixtisaslar hansıdır?

- Bir çox sahələr var ki, onlar hər zaman öz aktuallığını qoruyur: hüquq, tibb və müəllimlik. Lakin, məncə, kompüter və avtomatlaşdırma mühəndisliyi müasir dövrdə vacib və gələcəyi parlaq olan ixtisaslardır.

- Hansı xüsusiyyətiniz sizi digərlərindən fərqləndirə bilər?

- Deyə bilmərəm, bunu zaman göstərəcək.

- BANM-ı bitirdikdən sonra planlarınız nədir?

- BANM-ı bitirdikdən sonra xarici universitetlərin birində magistratura təhsili almağı düşünürəm.

- Gələcəkdə özünüzü hansı vəzifədə və hansı şirkətdə görmək istəyirsiz?

- Məncə, bu barədə danışmaq hələ tezdir.

- Ən çox hansı fənni və nə üçün sevmisiz?

- Ən çox Riyaziyyat fənnini sevirəm. Bəlkə də, dəqiqliyinə görə.

- Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

- Uğur əldə etmək üçün ilk növbədə hədəf və mübarizə əzmi lazımdır. Və bu uzun prosesdə həmişə yanınızda sizə dəstək verən insanlar olmalıdır.

- Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz?

- Abituriyentlərə yox, daha çox şagirdlərə məsləhət görərdim ki, oxumağa sonuncu illərdə deyil, daha əvvəldən başlasınlar. Əzbərçiliyə deyil, məntiqi düşüncəyə daha çox üstünlük versinlər. Ən əsası isə, imtahanlara özlərini psixoloji cəhətdən yaxşı hazırlasınlar.

Son xəbərlər

Orphus sistemi