Nazirlik: Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 52 mindən çox namizəd sənəd verib

Nazirlik: Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 52 mindən çox namizəd sənəd verib Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat bu gün başa çatır.
Elm və təhsil
3 İyul , 2019 16:32
Nazirlik: Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 52 mindən çox namizəd sənəd verib

Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat bu gün başa çatır. 

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, iyunun 24-dən start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 52 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 50 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib.

Müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-ü saat 23:59-da başa çatacaq.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.

Son xəbərlər

Orphus sistemi