Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb Paytaxtdakı 26 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 28-dən distant təhsil formasında davam etdirilir.
Elm və təhsil
466
28 Yanvar , 2022 10:41
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Bakıda 26 nömrəli tam orta məktəbin fəaliyyətini bu gündən distant təhsil formasında davam etdirəcək.

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı məktəbdə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Son xəbərlər

Orphus sistemi