İyirmi altı müəllim peşə məktəblərində işə qəbul edilib

İyirmi altı müəllim peşə məktəblərində işə qəbul edilib Peşə təhsil müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin müddətsiz müqavilə ilə daimiləşməsi üzrə müsahibə mərhələsi başa çatıb.
Elm və təhsil
402
23 İyun , 2021 17:30
İyirmi altı müəllim peşə məktəblərində işə qəbul edilib
0 : 00
0 : 00

Peşə təhsil müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin müddətsiz müqavilə ilə daimiləşməsi üzrə müsahibə mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, onlayn təşkil edilən müsahibə mərhələsində müvafiq fənlər üzrə ümumilikdə 31 ümumtəhsil fənn müəllimi iştirak edib.

Seçim zamanı namizədin ixtisas, pedaqoji və tədris ilə bağlı bilik və bacarıqları qiymətləndirilib.

Müsahibədə uğur qazanmış 26 müəllim ilə peşə təhsil müəssisələri tərəfindən müddətsiz əmək müqaviləsinin bağlanılmasına dair müsbət rəy verilib. Müsahibənin nəticələri barədə müvafiq məlumatlar namizədlərə “SMS” bildiriş vasitəsilə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi