Bakıda 1 939 şagird məktəbi fərqlənmə attestatı ilə bitirib

Bakıda 1 939 şagird məktəbi fərqlənmə attestatı ilə bitirib Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 1 939 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.
Elm və təhsil
17 İyul , 2023 14:30
Bakıda 1 939 şagird məktəbi fərqlənmə attestatı ilə bitirib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 1 939 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.

İdarədən "Report"a bildirilib ki, onlardan 1 029 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 910 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

Qeyd edək ki, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.

Onu da qeyd edək ki, məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.

Son xəbərlər

Orphus sistemi