Zaxarova: Aİ-nin Ermənistan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi Brüsselin təzyiq vasitəsidir

Zaxarova: Aİ-nin Ermənistan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi Brüsselin təzyiq vasitəsidir Avropa İttifaqının Ermənistan vətəndaşları üçün viza rejimini sadələşdirmək niyyəti Brüsselin İrəvanın siyasətinə təzyiq vasitəsidir.
Ekologiya
11 Sentyabr , 2024 18:09
Zaxarova: Aİ-nin Ermənistan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi Brüsselin təzyiq vasitəsidir
Mariya Zaxarova

Avropa İttifaqının Ermənistan vətəndaşları üçün viza rejimini sadələşdirmək niyyəti Brüsselin İrəvanın siyasətinə təzyiq vasitəsidir.

"Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Brüssel vizasız rejim barədə danışıqlar başladıqdan sonra Ermənistanın siyasətinə təzyiq vasitələri əldə edəcək:

"Qərbin cari geosiyasi reallıqda bu cür səxavəti həmişə ehtiyatla qarşılanmalıdır. Şübhə yoxdur ki, viza liberallaşması məsələsi sırf konyunktur xarakter daşıyır. Bu, Avropa İttifaqının Cənubi Qafqazda öz təsirini yaymaq üçün konfrontasiya xətti və regionda geosiyasi rəqabəti alovlandırmaq cəhdləri ilə diktə olunur. Əslində, qərblilər özləri bunu Rusiyaya qarşı ikinci cəbhənin açılması kimi ifadə edirlər".

Zaxarova, eyni zamanda vurğulayıb ki, Aİ ilə sadləşdirilmiş vizasız rejimi Ermənistanın Rusiya ilə vizasız rejiminə təsir etməyəcək.

Son xəbərlər

Orphus sistemi