Yuxarı

Zaqatala Dövlət Təbiət Qoruğunda narkotik bitki becərilməsi faktı aşkar edilib

Faktla bağlı istintaq tədbirləri aparılır

Bakı. 7 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun və Balakən rayon polis şöbəsinin əməkdaşları Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Reyd zamanı qoruğun Axkimal sahəsinin 7 saylı dolayının 115 nömrəli kvartalında ölçüsü 7x8 metr olan sahədə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən bitki aşkar edilib. Faktla bağlı akt tərtib olunaraq ərazi nəzarətə götürülüb və sözügedən sahəyə foto-video tələ yerləşdirilib. İyulun 3-də əldə edilən video görüntülər nəticəsində ərazidə bir nəfər şübhəli şəxs saxlanılıb.

Qanun pozucusunun şəxsiyyətinin müəyyən olunması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Zaqatala Dövlət Təbiət Qoruğu Balakən rayon polis şöbəsinə müraciət edib. 

Faktla bağlı istintaq tədbirləri aparılır.

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində reydlər davam etdirilir.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi