Yevlaxda qanunsuz balıq ovlayan şəxslə bağlı sənədlər məhkəməyə göndərilib

Yevlaxda qanunsuz balıq ovlayan şəxslə bağlı sənədlər məhkəməyə göndərilib Bakı. 12 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Kür çayının Yevlax rayonu ərazisində icazəsiz balıq ovlayan şəxsi saxlayıb.
Ekologiya
12 Oktyabr , 2018 10:01
Yevlaxda qanunsuz balıq ovlayan şəxslə bağlı sənədlər məhkəməyə göndərilib
0 : 00
0 : 00

Bakı. 12 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Kür çayının Yevlax rayonu ərazisində icazəsiz balıq ovlayan şəxsi saxlayıb. 

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, araşdırma zamanı ov edən şəxsin Mingəçevir şəhər sakini Mehman Bəkirov olduğu müəyyən edilib, ondan müxtəlif növ balıq, ov alətləri və taxta qayıq götürülüb.

Faktla bağlı brakonyer barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Mingəçevir şəhər Məhkəməsinə göndərilib. 

Son xəbərlər

Orphus sistemi