2020-ci ildə Yer kürəsindəki orta istilik əvvəllər rekord hədd hesab edilən 2016-cı ilin göstəricisinə çatıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Copernicus Climate Change Service”in (C3S) bəyanatında deyilir.
Bəyanatda həmçinin 2011-2020-ci illər aralığındakı dekadanın ən isti onillik olduğu vurğulanıb.
Bundan əlavə, meteoroloqlar 2020-ci ilin Avropada ən isti il olduğunu qeyd ediblər. 2020-ci il buna qədər ən isti il kimi bilinən 2019-ci ildən 0,4 dərəcə daha isti keçib.
Qeyd edək ki, C3S Avropa İttifaqının himayəsi altında Kopernik Yer Müşahidəsi Proqramı (Copernicus Earth Observation Programme) tərəfindən təqdim olunan altı tematik məlumat xidmətindən biridir. “Kopernik” Avropada və digər ölkələrdə mövcud tədqiqat infrastrukturu və məlumatları üzərində qurulmuş əməliyyat proqramıdır. C3S Ümumdünya İqlim Tədqiqatları Proqramı (WCRP) tərəfindən aparılan iqlim tədqiqatlarına əsaslanır.