İradə İbrahimova: "Yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara 70 000-dən çox ağac tingi paylanılıb"

İradə İbrahimova: "Yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara 70 000-dən çox ağac tingi paylanılıb" Bu yaz özün bir təbiət yarat devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara 70 000-dən çox ağac tingi paylanılıb. Ağac tinglərinin paylanması ölkəmizdə yaşıllıqların sayının artırılması, süni meşələrin salınması üçün, hesab edirəm ki, yaxsi bir stimuldur.
Ekologiya
12 Aprel , 2019 16:13
İradə İbrahimova: Yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara 70 000-dən çox ağac tingi paylanılıb
İradə İbrahimova / Report

"Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara 70 000-dən çox ağac tingi paylanılıb. Ağac tinglərinin paylanması ölkəmizdə yaşıllıqların sayının artırılması, süni meşələrin salınması üçün, hesab edirəm ki, yaxsi bir stimuldur".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. 

Onun sözlərinə görə, ilk dəfə ağacpaylama aksiyası ötən ilin payızında təşkil olunub, ictimaiyyət bu aksiyanı böyük maraqla dəstəkləyib və fəal iştirakları ilə ağac əkilməsinin təşviqi istiqamətində Nazirliyin başlatdığı yeni bir formanı təqdir etmiş oldu: "Bunu nəzərə alaraq aksiyanı yenidən davam etdirməyi qərara aldıq. Sevindirici haldır ki, ölkəmizdə ağacəkmə tədbirləri artıq geniş vüsət alıb və kütləviləşib".

Qeyd edək ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Nazirlik əhalinin sosial rifahına töhfə verən meyvə bağlarının salınmasını prioritet hesab edərək regionlarda, əsasən, meyvə ağaclarının əkilməsini və paylanmasını təşkil edib. Bu da nəticə olaraq meyvə ağaclarının sayının artmasına, ölkədə meyvə bolluğunun yaranmasına gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi