Yaxın iki gündə Bakıda hava şəraiti bir qədər mülayimləşəcək

Yaxın iki gündə Bakıda hava şəraiti bir qədər mülayimləşəcək “Martın 21-də və yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti ötən günlərlə müqayisədə bir qədər mülaiyimləşəcək".
Ekologiya
21 Mart , 2022 13:45
Yaxın iki gündə Bakıda hava şəraiti bir qədər mülayimləşəcək

“Martın 21-də və yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti ötən günlərlə müqayisədə bir qədər mülayimləşəcək".

Bunu “Report”a açıqlmasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, günorta saatlarında yağmursuz hava şəraiti gözlənilsə də, gecəyə doğru azyağıntılı olacağı ehtimal olunur: “Martın 22-si gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək. 23-24 mart isə cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu 6-8 dərəcədən yüksək olmayacaq.

Bölgələrəd isə yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə sulu qar və qar yağacaq. Lakin yağıntıların intensivliyi martın 22-23-nə nisbətən zəifləyəcək. Havanın temperaturu bəzi rayonlarda 10 dərəcə isti, dağlarda isə 5-8 dərəcə şaxta olacaq”.

Son xəbərlər

Orphus sistemi