Bakı. 5 yanvar. REPORT.AZ/ Yaxın iki gün ərzində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın "Report"a verdiyi məlumata görə, yanvarın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam saatlarında bəzi yerlərdə duman olacağı gözlənilir, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-5, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.
Yanvarın 7-də Bakıda hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşama doğru isə dəyişəcəyi proqnozlaşdırılır. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-5, günün birinci yarısında 12-14, axşama doğru isə 1-3 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 6-sı və 7-si hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər saatlarında bəzi yerlərdə duman çiskin olacağı ehtimal olunur. Cənub-qərb küləyi əsəcək, dağlıq ərazilərdə isə güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Bu cür hava şəraitinin iqlim normalarına uyğun olmasına gəlincə, 2008-ci ildə də yanvar ayının ilk həftəsində hava sirkulyasiyasında dəyişiklik baş vermişdi. Yəni, soyuq olan sibir antisiklonunun cənub enliklərlə ölkə ərazisində hərəkət etməsi baş verərək ölkə ərazisində hava şəraiti soyuq və şaxtalı keçmişdi. Yanvarın 4-də Bakıda müşahidə olunan hava iqlim normasından 2 dərəcə yüksək idi.