Yuxarı

Yaxın 5 gün ərzində Bakıda anomal isti hava şəraiti gözlənilir

Nazirlik əhaliyə xəbərdarlıq edib

Bakı. 31 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Nazirlikdən "Report"a verilən xəbərə görə, avqustun 5-dək Bakıda və Abşeron yarımadasında gözlənilən anomal isti hava şəraiti və kəskin isti temperatur diskomfortu əksər insanlar üçün əlverişsiz, meteohəssas insanlar üçün isə xüsusilə əlverişsiz olacaq.

"Bu səbəbdən uzun müddət açıq havada qalmaq məsləhət deyil", - Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi