Yuxarı
    Bağlamaq

    Yaxın 3 gün ərzində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

    Martın 9-da bölgələrdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı proqnozlaşdırılır

    Bakı. 7 mart. REPORT.AZ/ Yaxın 3 gün ərzində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. 

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, martın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman, axşama doğru bəzi yerlərdə yağıntılığı olacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur. 

    Havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

    Martın 9-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyinin gündüz mülayimləşəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.

    Martın 8-də Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyinin güclənəyi ehtimal olunur. Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

    Martın 9-da bölgələrdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı proqnozlaşdırılır. Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 3-7, yüksək dağlıq ərazilərdə 12-17, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Martın 10-u isə əsasən yağmursuz hava gözlənilir. Şərq küləyi əsəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi