Yaxın 2 gündə Abşeron yarımadasında güclü xəzri küləyi əsəcək, havanın temperaturu enəcək

Yaxın 2 gündə Abşeron yarımadasında güclü xəzri küləyi əsəcək, havanın temperaturu enəcək Havanın temperaturu Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq
Ekologiya
5 İyun , 2015 12:50
Yaxın 2 gündə Abşeron yarımadasında güclü xəzri küləyi əsəcək, havanın temperaturu enəcək

Bakı. 5 iyun. REPORT.AZ/ Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a verilən məlumata görə, iyunun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, iyunun 6-7-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun bir qədər enməsi müsbət amildir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi