Yasamalda 5 ağacı kəsən şəxsin işi prokurorluğa göndərilib

Yasamalda 5 ağacı kəsən şəxsin işi prokurorluğa göndərilib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin əməkdaşları Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 ünvanında köküstə yaş 5 ağacın kəsildiyini aşkarlayıb.
Ekologiya
19 Sentyabr , 2019 13:16
Yasamalda 5 ağacı kəsən şəxsin işi prokurorluğa göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin əməkdaşları Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 ünvanında köküstə yaş 5 ağacın kəsildiyini aşkarlayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, araşdırma zamanı ağacların Yasamal rayon sakini Qəhrəman Məhərrəmov tərəfindən kəsildiyi və təbiətə 15300 manat məbləğində ziyan dəydiyi məlum olub. 

Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib.

Son xəbərlər

Orphus sistemi