Yanvarın sonunadək Bakıda hava qeyri-sabit keçəcək, şaxta olacaq, yollar buz bağlayacaq - XƏRƏRDARLIQ

Yanvarın sonunadək Bakıda hava qeyri-sabit keçəcək, şaxta olacaq, yollar buz bağlayacaq - XƏRƏRDARLIQ Bakıda və Abşeron yarımadasında qar yağacaq
Ekologiya
27 Yanvar , 2017 14:14
Yanvarın sonunadək Bakıda hava qeyri-sabit keçəcək, şaxta olacaq, yollar buz bağlayacaq - XƏRƏRDARLIQ

Bakı. 27 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvar ayının sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın minimal temperaturu yanvarın 28-29-da 0-3 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi