Xızıda qanunsuz ov edən Bakı sakini cərimələnib, sahə müfəttişi cəzalandırılıb

Xızıda qanunsuz ov edən Bakı sakini cərimələnib, sahə müfəttişi cəzalandırılıb Bakı. 24 avqust. REPORT.AZ/ Avqustun 20-də Xızı rayonunda yerləşən Yaşma ovçuluq təsərrüfatının ərazisində ov qaydalarının pozulması ilə bağlı daxil olmuş məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Ekologiya
24 Avqust , 2018 15:40
Xızıda qanunsuz ov edən Bakı sakini cərimələnib, sahə müfəttişi cəzalandırılıb
0 : 00
0 : 00

Bakı. 24 avqust. REPORT.AZ/ Avqustun 20-də Xızı rayonunda yerləşən Yaşma ovçuluq təsərrüfatının ərazisində ov qaydalarının pozulması ilə bağlı daxil olmuş məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. 

Araşdırma zamanı ərazidə ov qaydalarının pozulması faktı təsdiqini tapıb. Qanunsuz ov edən şəxsin Bakı şəhər sakini Emin Rəsulov olduğu müəyyənləşdirilib. Faktla bağlı qanunamüvafiq tədbir görülüb və E.Rəsulov 1000 manat məbləğində cərimə edilib. Eyni zamanda vəzifəsini layiqincə yerinə yetirmədiyinə görə əraziyə cavabdeh olan ovçuluq təsərrüfatının sahə müfəttişi Ə.Məcidov barəsində intizam tənbeh tədbiri görülüb.

Son xəbərlər

Orphus sistemi