Xızıda icazəsiz ova cəhd edən şəxslər cərimələniblər

Xızıda icazəsiz ova cəhd edən şəxslər cərimələniblər Bakı. 19 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xızı rayonu, Yeni Yaşma kəndi ərazisində ova cəhd edən 2 şəxs saxlanılıb.
Ekologiya
19 Dekabr , 2018 09:23
Xızıda icazəsiz ova cəhd edən şəxslər cərimələniblər
0 : 00
0 : 00

Bakı. 19 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xızı rayonu, Yeni Yaşma kəndi ərazisində ova cəhd edən 2 şəxs saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Xızı rayon sakini Hasil Şəfiyev və Sumqayıt şəhər sakini Malik Şərifov olduğu müəyyən edilib. Onlardan ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və onlara ümumilikdə, 2000 manat məbləğində cərimə tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi