Xırdalanda tikinti şirkəti ağacları zədələyib.
"Report" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Fərid Piriyev məlumat verib.
O bildirib ki, Abşeron rayonu, Xırdalan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsində ağacların kəsilməsi ilə bağlı Xidmətə daxil olan şikayət araşdırılıb. Sözügedən ünvana keçirilən baxış zamanı ərazidə "Kristal AA İnşaat" MTK tərəfindən qazıntı işlərinin aparıldığı və 2 ağacın zədələnərək quruduğu müəyyən edilib. Faktla bağlı MTK barəsində hüquqi şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Abşeron Rayon Məhkəməsinə göndərilib".
Xidmət rəsmisinin sözlərinə görə, tikinti ətrafındakı ağacların qorunub mühafizə olunması və onlara aqrotexniki qulluq göstərilməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinə müraciət olunub.