Xəzər dənizindəki neft-qaz yataqlarında kompleks tədqiqatlar və monitorinqlər aparılıb

Xəzər dənizindəki neft-qaz yataqlarında kompleks tədqiqatlar və monitorinqlər aparılıb Monitorinqlər zamanı 56 müxtəlif koordinat üzrə 219 su, qrunt, zooplankton, bentos və hava nümunələri götürülüb
Ekologiya
9 Aprel , 2021 13:16
Xəzər dənizindəki neft-qaz yataqlarında kompleks tədqiqatlar və monitorinqlər aparılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və SOCAR-ın mütəxəssislərindən ibarət ekspedisiya qrupu Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə Xəzər dənizində monitorinqlər aparıb.

"Report" xəbər verir ki, bunu ekspedisiya qrupunun rəhbəri Bəxtiyar Seyidov bildirib.

O qeyd edib ki, 31 mart-9 aprel tarixlərində ekspedisiya qrupu tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən “Bahar”, “8 mart”, “Ələt-dəniz”, “Bulla-dəniz”, “Ümid”, “Şahdəniz”, “Abşeron”, “Çıraq”, “Mərkəzi Azəri”, “Günəşli”, “Neft Daşları”, “Palçıq pilpiləsi”, “Çilov”, “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə” neft-qaz yataqlarında kompleks tədqiqatlar və monitorinqlər keçirilib: "Monitorinqlər zamanı 56 müxtəlif koordinat üzrə 219 su, qrunt, zooplankton, bentos və hava nümunələri götürülüb, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrənilib, hidrometeoroloji ölçmələr aparılıb, biomüxtəliflik tədqiq edilib”.

Son xəbərlər

Orphus sistemi