Xəzər dənizində nəhəng nərə balıqlarına rast gəlinməməsinin səbəbləri açıqlanıb

Xəzər dənizində nəhəng nərə balıqlarına rast gəlinməməsinin səbəbləri açıqlanıb Azərbaycanda Xəzər dənizində nəhəng nərə balıqlarına rast gəlinməməsinin səbəbləri açıqlanıb
Ekologiya
25 Yanvar , 2022 11:55
Xəzər dənizində nəhəng nərə balıqlarına rast gəlinməməsinin səbəbləri açıqlanıb

Azərbaycanda Xəzər dənizində nəhəng nərə balıqlarına rast gəlinməməsinin səbəbləri açıqlanıb

"Report" xəbər verir ki, Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov müasir dövrdə bu balıq növlərinin sayı Xəzərin orta və cənub hissələrinə nisbətən, şimal hissəsində qismət də olsa üstünlük təşkil etdiyini deyib.

O qeyd edib ki, bunun səbəbi onların buradan Ural çayına miqrasiya etmək imkanlarının olması ilə bağlıdır: "Ural çayında təbii şəraitin saxlanıldığını deyən S.Süleymanov bildirib ki, nərə balıqları bu yerlərə miqrasiya edərək kürülərini tökür, çoxala bilirlər. Azərbaycanda isə təbii çoxalma yerlərinin sayı demək olar ki, yox dərəcəsindədir. Son dövrlərdə Azərbaycan ərazisində böyük ölçüyə malik nərə balıqlarına rast gəlinməyib".

Qeyd edək ki, İranın şimalında yerləşən Mazandaran vilayətində, Xəzər dənizində uzunluğu 3 metr, çəkisi isə 210 kq olan nərə balığı (beluqa) tapılıb. Nərə balıqlarının dünya üzrə olan ehtiyatlarının 80 faizinin Xəzərdə cəmləşməsinə baxmayaraq bu balığın ölçüləri nadir hadisə kimi qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi