Xəzər dənizində ekoloji monitorinqlərə başlanılıb

Xəzər dənizində ekoloji monitorinqlərə başlanılıb Milli Qəhrəman Əlif Hacıyev elmi-tədqiqat gəmisi aprelin 4-də Xəzər dənizinin Azərbaycan bölməsində növbəti kompleks ekoloji monitorinqlərin aparılması üçün səfərə çıxıb.
Ekologiya
4 Aprel , 2023 11:30
Xəzər dənizində ekoloji monitorinqlərə başlanılıb

"Milli Qəhrəman Əlif Hacıyev" elmi-tədqiqat gəmisi aprelin 4-də Xəzər dənizinin Azərbaycan bölməsində növbəti kompleks ekoloji monitorinqlərin aparılması üçün səfərə çıxıb.

Bu barədə "Report"a Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov, ekspedisiya qrupunun rəhbəri məlumat verib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirlikləri, Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu aprelin 14-dək dənizdə kompleks tədqiqatlar və monitorinqlər keçirəcək: “Monitorinqlər zamanı 19 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos və hava nümunələri götürüləcək, hidrometeoroloji ölçmələr aparılacaq və biomüxtəliflik tədqiq ediləcək”.

Son xəbərlər

Orphus sistemi