Xəzər dənizində balıqlar kütləvi şəkildə tələf olub

Xəzər dənizində balıqlar kütləvi şəkildə tələf olub Rusiya Federasiyasının Dağıstan Respublikasındakı Şimali Qafqaz Regional Balıqçılıq İdarəsinin əməkdaşları Xəzər dənizi sahillərində çoxlu sayda ölü balıq aşkarlayıblar.
Ekologiya
2 İyul , 2021 01:48
Xəzər dənizində balıqlar kütləvi şəkildə tələf olub

Rusiya Federasiyasının Dağıstan Respublikasının Şimali Qafqaz Regional Balıqçılıq İdarəsinin əməkdaşları Xəzər dənizi sahillərində çoxlu sayda ölü balıq aşkarlayıblar.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks”a Dağıstan Regional İdarəsindən bildirilib.

"Araşdırılan sahildə çoxlu sayda kiçik növ (sazan və dabahbalığı) ölü balıqlar aşkarlandı. Ərazi 100 hektardan çox olduğu üçün dəqiq hesablama mümkün deyil", - Şimali Qafqaz Regional Balıqçılıq İdarəsindən bildirilib.

Qeyd edilir ki, balıqların tələf olmasının texnogen amillərlə bağlı olması qeydə alınmayıb. Su heyvanları təbii hadisə nəticəsində ölüb.

Güman edilir ki, balıqların ölümünə səbəb güclü küləyin səbəb olduğu qabarma və çəkilmələrdir. Qabarmalar zamanı su axını balıqlarla birlikdə sahili basıb ​​və sonra qəfil geri çəkildiyi üçün balıqlar sürətlə quruyan çökəkliklərdə qalıb.

Son xəbərlər

Orphus sistemi