Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi rayonlarda hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, noyabrın 17-18-də ayrı-ayrı rayonlarda qərb küləyinin güclənəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yağıntının intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.