Xaçmazda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
- 01 mart, 2023
- 13:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Gəndob-Xaçmaz-Yalama yolunun kənarında ağacəkmə aksiyası keçirilib.
"Report"un Şimal bürosu xəbər verir ki, aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ədliyyə Nazilriyinin yerli qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya zamanı Gəndob-Xaçmaz-Yalama magistralının Xaçmaz şəhəri ərazisindən keçən hissəsinə yerli iqlim şəraitinə uyğun olan 400 dən çox ağac əkilib.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.