Vəhşi Təbiətin Mühafizəsi təşkilatının direktoru Azərbaycana gələcək

Vəhşi Təbiətin Mühafizəsi təşkilatının direktoru Azərbaycana gələcək Devid Makdonaldın "ADA" Universitetində mühazirəsi təşkil olunacaq
Ekologiya
8 Oktyabr , 2015 13:03
Vəhşi Təbiətin Mühafizəsi təşkilatının direktoru Azərbaycana gələcək

Bakı. 8 oktyabr. REPORT.AZ/ IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın dəvəti ilə Oksford Universitetinin Zoologiya Departamenti nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Mühafizəsi təşkilatının (WildCru) direktoru, professor Devid Makdonald Azərbaycana səfər edəcək. Bu barədə "Report"a IDEA İctimai Birliyindən məlumat verilib.

IDEA İctimai Birliyi tərəfindən ətraf mühit sahəsində təhsil alan tələbələr və bu sahədə çalışan gənc mütəxəssislər üçün oktyabrın 19-da "ADA" Universitetində professor D.Makdonaldın təqdimatında biomüxtəlifliyin mühafizəsi haqqında geniş mühazirə təşkil olunacaq.

Qeyd edək ki, 1986-cı ildə professor Makdonald tərəfindən təsis edilmiş “WildCru” dünyanın təbiətin mühafizəsi üzrə ixtisaslaşmış ən böyük institutu hesab edilir. “WildCru”-nun əsas məqsədi elmi nəzəriyyə ilə praktiki tədbirlər arasında körpü yaratmaqla biomüxtəlifliyin mühafizəsində müşahidə olunan boşluqları aradan qaldırmaqdan ibarətdir. Hazırda təşkilatın 50-yə yaxın elmi işçisi müxtəlif ölkələrdə həyata keçirilən layihələrə rəhbərlik edirlər.

Son xəbərlər

Orphus sistemi