Umayra Tağıyeva: "Sentyabrın birinci ongünlüyündə sərin hava üstünlük təşkil edəcək"

Umayra Tağıyeva: "Sentyabrın birinci ongünlüyündə sərin hava üstünlük təşkil edəcək" Bu ilin avqust ayında 2010-cu ildən sonra ikinci ən uzun müddətli isti hava dalğası qeydə alındı.
Ekologiya
6017
3 Sentyabr , 2021 12:06
Umayra Tağıyeva: Sentyabrın birinci ongünlüyündə sərin hava üstünlük təşkil edəcək
Umayra Tağıyeva

"Bu ilin avqust ayında 2010-cu ildən sonra ikinci ən uzun müddətli isti hava dalğası qeydə alındı. Ay ərzində havanın temperaturu iqlim normasından 5 dərəcə yüksək oldu. Zəif cənub-şərq və qızmar cənub küləkləri üstünlük təşkil edirdi. Hava daha çox Abşeron yarımadasında bürkü idi".

"Report" xəbər verir ki, bu fikirləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, nəhayət, sentyabrın 2-si axşama doğru ölkə ərazisinə azor antisiklonunun daxil olması nəticəsində hava şəraiti dəyişdi: "Xəzri əsdi. Bununla da havanın temperaturu aşağı endi. Respublikanın bir sıra rayonlarında güclü külək qeydə alındı. Küləyin maksimal sürəti Tovuzda 30 m/s, Tərtər, Naftalan, Gəncədə 28 m/s, Bakıda və Abşeron yarımadasında isə 24 m/s-ə çatdı. Bu gün gündüz saatlarında külək mülayimləşəcək. Lakin axşama doğru Bakıda və Abşeron yarımadasında yenidən küləyin 25-30 m/s-ə qədər güclənəcəyi proqnozlaşdırılır. Gecə saatlarında güclü külək davam etsə də, ayın 4-də səhər külək mülayimləşəcək. Sentyabrın birinci ongünlüyündə daha çox sərin hava üstünlük təşkil edəcək. Çünki artıq 6-sı axşam saatlarından başlayaraq birinci ongünlüyün sonuna kimi arabir güclənən şimal küləyinin üstünlüyü gözlənilir. Havanın temperaturu paytaxtda 28-30-31 dərəcədən yüksək olmayacaq".

VİDEO: NƏRMİN BƏHRUZİ

Son xəbərlər

Orphus sistemi