Umayra Tağıyeva: "İyunun ilk günlərində hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq"

Ekologiya
  • 27 may, 2023
  • 07:34
Umayra Tağıyeva: İyunun ilk günlərində hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq
Umayra Tağıyeva

İyun ayının ilk günlərinə olan hava proqnozu açıqlanıb.

Bu barədə "Report"a ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva açıqlama verib.

O bildirib ki, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, iyunun 1-dən 4 -nə kimi yağıntılı olacaq:

“Bəzi ərazilərdə leysan xarakterli yağışlar gözlənilir. Temperatur bu günə nisbətən aşağı düşəcək. Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar bəzi dağ çaylarından qısamüddətli sel keçməsi də istisna olunmur”.

44 filmi