Umayra Tağıyeva: "Bu gecədən başlayaraq Azərbaycan ərazisində güclü külək əsəcək"

Umayra Tağıyeva: "Bu gecədən başlayaraq Azərbaycan ərazisində güclü külək əsəcək" Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək
Ekologiya
5 İyul , 2018 16:23
Umayra Tağıyeva: Bu gecədən başlayaraq Azərbaycan ərazisində güclü külək əsəcək
Ekologiya və Təbii Sə­rvətlər Nazirliyinin ­Ekoloji maarifləndirm­ə və ictimaiyyətlə əl­aqələr şöbəsinin İcti­mai təşkilatlarla iş,­ ekoloji maarifləndir­mə və elm sektorunun ­müdiri Umayra Tağıyev­a / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 5 iyul. REPORT.AZ/ "Bu gecədən başlayaraq Azərbaycan ərazisində güclü külək əsəcək".

Bunu "Report"a açıqlamasında ETSN-in ­Ekol­oji maarifləndirmə və­ ictimaiyyətlə əlaqəl­ər şöbəsinin icti­mai­ təşkilatlarla iş, ek­oloji maarifləndirmə ­və elm sektorunun müd­iri Umayra Tağıyeva deyib.

O bildirib ki, uzun müddət davam edən anomal isti hava şəraitindən sonra iyul ayının 5-dən 6-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb və şimal küləyinin güclənəcəyi proqnozlaşdırılır: "Bu proses nəticəsində havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək".

Regionlarda olan hava şəraitinə gəlincə, mütəxəssis deyib ki, dağlıq və dağətəyi rayonlarında iyul ayının 6-7-8-də qısamüddətli leysan xarakterli yağış yağacağı ehtimal olunur: "Bəzi rayonlarda qərb küləyinin güclənməsi proqnozlaşdırılır".

Son xəbərlər

Orphus sistemi