Bakı. 24 dekabr. REPORT.AZ/ Sürüşmə zonaları aktivləşməyib və buna bir neçə səbəbdən biri də antropogen amillərdir. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
O bildirib ki, təhlükəli iş yerlərində iş apararkən o reaksiya verir: "Sürüşməyə meyilli ərazilərdə qazıntı aparan zaman bilməlisən ki, o ərazilər hər an sürüşə bilər. Tikinti və qazıntı işləri aparılan zaman ərazinin sürüşməyə meyilli halları nəzərə alınmalıdır".
Nazirin sözlərinə görə, sürüşmə halları adətən payız aylarında daha aktiv olur, ilk yağışdan dayanıqlığını itirmiş ərazilərdə belə hallara rast gəlmək olur: "Bu yeni hal deyil və yeni problem deyil. Əsasən tikinti və qazıntı aparan şəxslər ərazinin texnogen və antropogen halları nəzərə almalıdırlar".
Nazirin sözlərinə görə, müşahidə olunan 90 faiz belə hallar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə məsləhətləşmədən aparılır.
H.Bağırov vurğulayıb ki, geoloqlar qazıntılara icazə verməli və vəziyyəti öyrənməlidirlər.