Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi ilə bağlı dinləmə keçiriləcək

Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi ilə bağlı dinləmə keçiriləcək Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ictimai dinləmə keçiriləcək
Ekologiya
10 İyul , 2024 16:42
Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi ilə bağlı dinləmə keçiriləcək

Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ictimai dinləmə keçiriləcək.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 12-də Dövlət Ekoloji Ekspertiza Agentliyində baş tutacaq olan dinləmədə aidiyyəti dövlət qurumları, tikinti şirkətləri, ekspertlər, layihə icraçıları, QHT və KİV nümayəndələri iştirak edəcək.

Həmçinin Bakı şəhəri üzrə Agentliyə təqdim olunmuş layihələrin ətraf mühitə təsirlərinin qiymətləndirilməsinə dair müzakirələr aparılacaq, hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, yekun rəyin qəbul edilməsi üçün ictimai dinləmə iştirakçılarının fikirləri öyrəniləcək.

Son xəbərlər

Orphus sistemi