ETSN: Tikinti məqsədilə ağacları kəsiblər

ETSN: Tikinti məqsədilə ağacları kəsiblər Toplanmış sənədlər prokurorluq orqanına göndəriləcək
Ekologiya
121
20 Aprel , 2021 15:57
ETSN: Tikinti məqsədilə ağacları kəsiblər

Nəsimi rayonu, Seyid Cəfər Pişəvari küçəsi, 27A ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov "Report"a bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı, 2 ağacın kəsildiyi, 1 ağacın zədələndiyi və təbiətə 2 280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

O qeyd edib ki, araşdırma zamanı ərazinin yaşayış binası tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin 2017-ci ildə imzalanmış sərəncamı ilə “Memar İnşaat-2017” MMC-yə verildiyi məlum olub: "Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər aidiyyəti üzrə Prokurorluq orqanına göndəriləcək".

Son xəbərlər

Orphus sistemi