ETSN: "Tikinti aparılan ərazidəki ağaclar sayılaraq nəzarətə götürülüb"

ETSN: "Tikinti aparılan ərazidəki ağaclar sayılaraq nəzarətə götürülüb" Xətai rayonu, Məhəmməd Hadi küçəsi 116 G ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Ekologiya
830
6 Sentyabr , 2021 11:47
ETSN: Tikinti aparılan ərazidəki ağaclar sayılaraq nəzarətə götürülüb

Xətai rayonu, Məhəmməd Hadi küçəsi 116 G ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov "Report"a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı müəyyən edilib.

O qeyd edib kİ, araşdırma zamanı torpaq sahəsinin qeyri-yaşayış obyektinin tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə vətəndaş Şahxanım Əhmədovanın istifadəsinə verildiyi məlum olub: "Tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və qorunub saxlanılması məqsədilə obyektin sahibi Ş.Əhmədovaya təhvil verilib".

Son xəbərlər

Orphus sistemi