TBMM sədri: İqlim dəyişikliyi ilə mübarizədə bir neçə təşkilat təkbaşına mübarizə apara bilməz

TBMM sədri: İqlim dəyişikliyi ilə mübarizədə bir neçə təşkilat təkbaşına mübarizə apara bilməz Dünyada iqlim dəyişikliyi insanın öz əli ilə yaratdıqlarının nəticəsidir. İqlim dəyişikliyi ilə mübarizədə bir neçə təşkilat təkbaşına mübarizə apara bilməz.
Ekologiya
6 İyun , 2024 15:46
TBMM sədri: İqlim dəyişikliyi ilə mübarizədə bir neçə təşkilat təkbaşına mübarizə apara bilməz

Dünyada iqlim dəyişikliyi insanın öz əli ilə yaratdıqlarının nəticəsidir. İqlim dəyişikliyi ilə mübarizədə bir neçə təşkilat təkbaşına mübarizə apara bilməz.

“Report”un məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Bakıda keçirilən on üçüncü iclasında deyib.

O qeyd edib ki, ətraf mühitin çirklənməsi, qlobal istiləşmə fəlakət və böhranlara səbəb olacaq: "Fikrimizi bu problemlə kökləməliyik. İnsanlar kainatı balanssız şəkildə korlayır. Dünyanın hər nöqtəsində balans və ədaləti qorumalıyıq”.

N.Kurtulmuş əlavə edib ki, bəzi ölkələr, xüsusilə əlində gücü olan dövlətlər ətraf mühitə laqeyd yanaşır: “Buna görə də Türk dünyası olaraq biz gördüyümüz işlərlə nümunə olmalıyıq”.

Son xəbərlər

Orphus sistemi