Sumqayıtda aşan ağacların yerinə yeniləri əkilib

Sumqayıtda aşan ağacların yerinə yeniləri əkilib Sumqayıt şəhəri, Nərimanov küçəsi 3-cü məhəllə ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya
27 Aprel , 2021 16:04
Sumqayıtda aşan ağacların yerinə yeniləri əkilib
0 : 00
0 : 00

Sumqayıt şəhəri, Nərimanov küçəsi 3-cü məhəllə ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

"Report" xəbər verir ki, bu barədə Xidmətin Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev məlumat verib.

Onun sözlərinə görə, aparılan araşdırma zamanı sözügedən ünvanda bir neçə il bundan öncə dörd qovaq ağacının güclü külək nəticəsində aşdığı və Sumqayıt şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən doğranaraq ərazidən yığışdırıldığı məlum olub.

O qeyd edib ki, Regional Ekologiya İdarəsinin əməkdaşlarının nəzarəti altında Birliyin işçiləri tərəfindən sözügedən ərazidə aşmış ağacların yerinə bu gün yeni ağacların əkilməsi təmin edilib.

Son xəbərlər

Orphus sistemi