Sumqayıtda 4 ağacın kəsilməsi təbiətə 1 560 manat ziyan vurdu

Sumqayıtda 4 ağacın kəsilməsi təbiətə 1 560 manat ziyan vurdu Sumqayıt şəhəri, Sülh küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin regional idarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb və təsdiqini tapıb.
Ekologiya
16 Dekabr , 2020 16:53
Sumqayıtda 4 ağacın kəsilməsi təbiətə 1 560 manat ziyan vurdu

Sumqayıt şəhəri, Sülh küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin regional idarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb və təsdiqini tapıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə 4 ağacın kəsildiyi və təbiətə 1 560 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

O qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Sumqayıt şəhər prokurorluğuna göndərilib.

Son xəbərlər

Orphus sistemi