Stiven Hamburq: "Neft-qaz sənayesində metan emissiyalarının azaldılması ətraf mühitin mühafizəsinin əsas şərtidir"

Stiven Hamburq: "Neft-qaz sənayesində metan emissiyalarının azaldılması ətraf mühitin mühafizəsinin əsas şərtidir" Neft və qaz sənayesində metan emissiyalarının azaldılması ətraf mühitin mühafizəsinin başlıca şərtidir.
Ekologiya
3 Oktyabr , 2024 13:05
Stiven Hamburq: Neft-qaz sənayesində metan emissiyalarının azaldılması ətraf mühitin mühafizəsinin əsas şərtidir

Neft və qaz sənayesində metan emissiyalarının azaldılması ətraf mühitin mühafizəsinin başlıca şərtidir.

Bunu Ətraf Mühitin Mühafizəsi Fondunun (EDF) baş elmi işçisi, professor Stiven Hamburq "Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində “Report”a açıqlamasında deyib.

O, bəzi ölkələrin artıq bu istiqamətdə uğur qazandığını, qalan ölkələrin də bundan nümunə götürməli olduğunu vurğulayıb.

"Norveç neft və qaz hasil edir, bununla belə, metan emissiyalarının səviyyəsi son dərəcə aşağıdır. Qaz hasilatının metan emissiyaları ilə əlaqələndirilməsi mütləq deyil. Bütün dünyada bu nəticəyə nail olmaqla, qlobal istiləşmənin səviyyəsini aşağı salacağıq”, - baş elmi işçi vurğulayıb.

S.Hamburq onu da deyib ki, metan yanacaq kimi istifadə edilə bilər, lakin bu, atmosferin çirklənməsinə səbəb olmamalıdır. Alim hesab edir ki, bununla birlikdə hidrogendən də istifadə etmək lazımdır.

"Biz hidrogeni dekarbonizasiya baxımından ən effektiv olacağı yerdə istifadə etdiyimizə əmin olmalıyıq. Buna görə də tam dekarbonizasiyaya nail olmaq üçün bunu necə düzgün etməli olduğumuz üzərində işləyirik", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi