Son 5 ildə Xəzər dənizinin Azərbaycan hissəsində nə qədər təmiz su istehsal edildiyi açıqlanıb

Son 5 ildə Xəzər dənizinin Azərbaycan hissəsində nə qədər təmiz su istehsal edildiyi açıqlanıb Bakı. 18 may. REPORT.AZ/ Son 5 ildə Xəzər dənizinin Azərbaycan hissəsində nə qədər dəniz suyunun duzsuzlaşdırılması, yəni nə qədər təmiz su istehsal olunması açıqlanıb.
Ekologiya
18 May , 2018 11:44
Son 5 ildə Xəzər dənizinin Azərbaycan hissəsində nə qədər təmiz su istehsal edildiyi açıqlanıb
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ Son 5 ildə Xəzər dənizinin Azərbaycan hissəsində nə qədər dəniz suyunun duzsuzlaşdırılması, yəni nə qədər təmiz su istehsal olunması açıqlanıb.

"Report"un məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbiətin Mühafizə Siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə nazirliyində keçirilən mətbuat konfransında bildirib ki, 2013-cü ildən bugünədək Xəzər Dənizinin Suyunun Duzsuzlaşdırılması Kompleksi 3 894 634 kubmetr həcmində dəniz suyu qəbul edilib və bundan 1 687 995 kubmetr həcmində təmiz su istehsal olunub. 

O bildirib ki, kompleksə daxil olan ərazidə 4 hektar tinglik sahəsi salınıb: "Burada 1 milyondan çox müxtəlif cinsli əkin materialları yetişdirilir".

Şöbə müdirinin sözlərinə görə, istehsal olunan sudan Ələt-Salyan avtomobil yolunun ətrafında salınmış yaşıllıqların və kompleksin tərkibində yaradılmış tinglik sahələrinin suvarılmasında istifadə edilir.

Son xəbərlər

Orphus sistemi