Azərbaycanda son 3 ayda ekoloji durumla bağlı nazirliyə 900-dən artıq şikayət daxil olub

Azərbaycanda son 3 ayda ekoloji durumla bağlı nazirliyə 900-dən artıq şikayət daxil olub Şikayətlər əsasən ağacların kəsilməsi, aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması və digər məsələlərlə bağlı olub
Ekologiya
21 İyul , 2015 10:31
Azərbaycanda son 3 ayda ekoloji durumla bağlı nazirliyə 900-dən artıq şikayət daxil olub

Bakı. 21 iyul. REPORT.AZ/ Bu ilin aprel-iyun ayları ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən 168 saylı "Qaynar xətt"inə ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə 955 şikayət daxil olub. Bu barədə "Report"a ESTN-dən məlumat verilib.

Məlumata görə, şikayətlərdən 901-ni Nazirliyin əməkdaşları yerində araşdırıraq qanunamüvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.

Daxil olan şikayətlər əsasən ağacların kəsilməsi, aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, çirkab suların axıdılması, atmosfer havasının çirklənməsi, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi və s. ilə əlaqədar olub.

Son 3 ayda daxil olan şikayətlər əsasında Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilən 301 şikayət, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilən 44 şikayət, İstehsalat Siyasəti şöbəsinə göndərilən 10 şikayət araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.

Dövlət Ekspertiza İdarəsinə göndərilən 457 şikayətdən 451-i, Meşələrin İnkişafı Departamentinə göndərilən 80 şikayətdən 65-i, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilən 52 şikayətdən 24-ü, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilən 7 şikayətdən 5-i, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilən 4 şikayətdən 1-i üzrə araşdırma aparılaraq qanunamüvafiq tədbirlər görülüb, qalan şikayətlərin araşdırılması davam etdirilir.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi