Yel çərşənbəsində ən yüksək temperatur 5 il öncə qeydə alınıb

Yel çərşənbəsində ən yüksək temperatur 5 il öncə qeydə alınıb Novruz bayramının üçüncü çərşənbəsi olan Yel çərşənbəsində ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz, bəzi şərq rayonlarında qısamüddətli yağıntılı keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 9, Aran rayonlarında 9-13
Ekologiya
12 Mart , 2024 12:41
Yel çərşənbəsində ən yüksək temperatur 5 il öncə qeydə alınıb

Son 10 ilin Yel çərşənbəsində ən yüksək temperatur göstəricisi 2019-cu ildə qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə Bakıda və Abşeron yarımadasında 19, bəzi bölgələrdə 23, dağlıq ərazilərdə 14 dərəcə isti olub.

"2014-cü ilin Yel çərşənbəsində isə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 16 dərəcə isti, 2015-2016-cı illərdə 13 dərəcə isti, 2017-ci ildə 12 dərəcə isti, 2018-ci ildə 5 dərəcə isti, 2019-cu ildə 19 dərəcə isti, 2020-ci ildə 15 dərəcə isti, 2021-ci ildə 7 dərəcə isti, 2022-ci ildə 13 dərəcə isti, 2023-cü ildə 8 dərəcə isti olub. Bu gün isə 9 dərəcəyədək isti müşahidə olunur", - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda Novruzun üçüncü - Yel çərşənbəsi qeyd edilir.

Son xəbərlər

Orphus sistemi