“Təmiz hava” aylığı çərçivəsində SOCAR-ın 4 saylı Texnoloji Nəqliyyat Departamentinə baxış keçirilib - VİDEO

“Təmiz hava” aylığı çərçivəsində SOCAR-ın 4 saylı Texnoloji Nəqliyyat Departamentinə baxış keçirilib - VİDEO Ekoloji vəziyyətin yaxşılaşdırılması və nəqliyyat vasitələrinin zərərli tullantılarının qarşısının alınması məqsədi ilə Təmiz hava aylığı çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı Texnoloji Nəqliyyat Sahəsinə baxış keçirilib.
Ekologiya
15 Avqust , 2019 15:34
“Təmiz hava” aylığı çərçivəsində SOCAR-ın 4 saylı Texnoloji Nəqliyyat Departamentinə baxış keçirilib - VİDEO
Report

Ekoloji vəziyyətin yaxşılaşdırılması və nəqliyyat vasitələrinin zərərli tullantılarının qarşısının alınması məqsədi ilə "Təmiz hava" aylığı çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı Texnoloji Nəqliyyat Sahəsinə baxış keçirilib.

“Report”un xəbərinə görə, qarajda 4 nəqliyyat vasitəsinə baxılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov xatırladıb ki, avqust ayının 1-dən 15-dək Bakı şəhərinin küçə və prospektlərində, eləcə də 9 müəssisədə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti əməkdaşları ilə birlikdə ekoloji vəziyyətin yaxşılaşdırılması və nəqliyyat vasitələrinin zərərli tullantılarının qarşısının alınması sahəsində işin səmərəliliyinin artırılması ilə əlaqədar "Təmiz hava" aylığı tədbirində bir sıra işlər görülüb: “15 gün müddətində "Atmosfer havasının mühafizəsi haqqında" qanunvericiliyin tələblərinin təmin edilməsi, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istismara buraxılmasının qadağan olunması, Bakı şəhərində nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırki vəziyyətinin öyrənilməsi, eyni zamanda nəqliyyat vasitələri tərəfindən atmosferə zərərli maddələrin atılması nəticəsində ətraf mühitə və insan sağlamlığına dəymiş zərərin müəyyənləşdirilməsi təmin olunub. 

Tədbir zamanı Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və müvafiq Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ilə birlikdə Bakı şəhərində fəaliyyət göstərən avtonəqliyyat müəssisələrində yoxlamalar aparılıb və bu təssərüfatlarda 101 ədəd avtomobil yoxlanılıb, bunlardan 4 ədədinin mühərriklərinin işlənmiş qazlarından zərərli maddələrin miqdarının normativ həddən artıq artıq olduğu aşkar olunub. Yoxlamanın gedişi zamanı profilaktik işlər aparılaraq avtonəqliyyat vasitəsindən karbon oksidin miqdarı norma həddinə endirilib. Polis əməkdaşları tərəfindən 280 ədəd nəqliyyat vasitəsi yoxlanılıb, 43 ədədinin mühərriklərinin işlənmiş qazlardan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunduğundan sürücülər barəsində inzibati xəta haqqında protokollar tərtib olunub. Yoxlamaların gedişi zamanı aşkar olunmuş qanun pozuntularının və çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan göstərişlər verilib”.

V.Əsədov bildirib ki, SOCAR-ın 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı Texnoloji Nəqliyyat Sahəsində yük maşınları və minik avtomobilləri yoxlanılıb, vəziyyət qənaətbəxşdir.

SOCAR-ın Ekologiya idarəsi Ekoloji Su Mərkəzinin rəisi Çoşqun Bərxudarov çıxış edərək deyib ki, 2009-cu ildən mütəmadi atmosferə atılan zərərli qazların miqdarını nəzarətdə saxlamaq üçün nəqliyyat vasitələri daim ekoloji müayinədən keçirilir: “Benzin yanacağı ilə işləyən nəqliyyat vasitələri “Starqaz” avadanlığı vasitəsilə, dizellə işləyən nəqliyyat vasitələri isə “Smokmetr” qaz analizatoru vasitəsilə ekoloji müayinədən keçirilir. Ekoloji müayinələr zamanı respublikada mövcud normalara uyğun olan nəqliyyat vasitələrinə ekoloji emblemlər təqdim olunur. Ekoloji emblemlər nəqliyyat vasitələrinin kateqoriyalarına görə fərqlənir. Normalara uyğun olmayan nəqliyyat vasitələri isə diaqnostika və təmir olunduqdan sonra təkrar ekoloji müayinlərə cəlb olunur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional idarəsinin əməkdaşı Taleh Hacıyev də bu istiqamətdə görülən işlərdən danışıb.

Son xəbərlər

Orphus sistemi