"Azad olunmuş ərazilərdə 2021-ci ildən başlayaraq 10 çay üzərində 11 avtomat hidroloji stansiyalar quraşdırılıb. Artıq o stansiyalar 2022-ci ildən fəaliyyətə başlayıb".
Bunu "Report"un Zəngilana ezam olunmuş müxbirinə müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının şöbə müdiri Raqub Mirzəyev deyib.
Onun sözlərinə görə, bu stansiyaların əsas məqsədi çaylar üzərində su sərfi, suyun səviyyəsinin və keyfiyyətinin, temperaturunun ölçülməsidir.
"Məlumatlar bizim Milli Hidrometeorologiya Departamentinə göndərilir və orada təhlil olunur. Qeyd edim ki bunların hamısı müasir standartlara cavab verən yeni bir tipli stansiyalardır. Burda avtomat hidroloji stansiyalarla yanaşı radioekoloji stansiyalar da quraşdırılıb. Bunun da əsas məqsədi radiasiya məlumatlarının erkən olaraq mərkəzə ötürülərək təhlil olunmasıdır".















