Şirvan şəhərində kanalizasiya suları Kür çayına axıdılır

Şirvan şəhərində kanalizasiya suları Kür çayına axıdılır Şirvan rayonunda kanalizasiya suları Kür çayına axıdılır.
Ekologiya
16 Mart , 2023 08:43
Şirvan şəhərində kanalizasiya suları Kür çayına axıdılır

Şirvan şəhərində kanalizasiya suları Kür çayına axıdılır.

Bu barədə “Report”un Aran bürosuna yerli sakinlər bildiriblər.

Sakinlərin sözlərinə görə, onlar çirklənmiş sudan istifadə etmək məcburiyyətində qalıblar.

“Xoşagəlməz mənzərəyə Şirvanın “Köhnə şəhər” adlanan yaşayış massivində, Çılpaqlı, Hacıqəhrəmanlı qəsəbələrində rast gəlmək mümkündür. Sözügedən ərazilərdə kanalizasiya sistemi olmadığından yalnız açıq kanallarından istifadə edilir. İlin bütün fəsillərində, xüsusən yay aylarında çirkab suların yaratdığı qoxu dözülməzdir”, - sakinlər qeyd ediblər.

Ən acınacaqlısı isə odur ki, sakinlər çaya qarışmış çirkab sulardan həm içməli, həm də texniki su kimi istifadə edir. Buna səbəb isə kanalizasiya sisteminin olmamasıdır.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən yerli büroya bildirilib ki, dövlət investisiyalarının hesabına Şirvan şəhərinin su-kanalizasiya sistemlərinin bir qismi yenidən qurulub, bir hissəsinin isə yenilənməsi tələb olunur. “Bu proses mərhələlərlə icra olunur. Layihənin sonuncu mərhələsində təmizləyici qurğunun tikintisi də planlaşdırılır ki, bu da tullantıların toplanıb idarə edilməsi, təmizlənib kənarlaşdırılmasını əhatə edir”, - ASC-dən deyilib.

Son xəbərlər

Orphus sistemi