Bakı. 18 yanvar. REPORT.AZ/ İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava gözləyir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 7-11, dağlıq rayonlarda 2-7 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər saatlarında duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 5-10 dərəcə isti təşkil edəcək.
Paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 7-10 dərəcə isti təşkil edəcək.