Sentyabrın 26-da səhərədək ölkədə hava şəraiti qeyri-sabit keçib - FAKTİKİ HAVA

Sentyabrın 26-da səhərədək ölkədə hava şəraiti qeyri-sabit keçib - FAKTİKİ HAVA Böyük Qafqazda yağıntının miqdar 16-80 mm təşkil edib
Ekologiya
26 Sentyabr , 2017 11:18
Sentyabrın 26-da səhərədək ölkədə hava şəraiti qeyri-sabit keçib - FAKTİKİ HAVA

Bakı. 26 sentyabr. REPORT.AZ/ Sentyabrın 25-i gündüzdən 26-sı səhərədək Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 25-i gündüzdən 26-sı səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 16-80, Mərkəzi-Aran rayonlarında 1-20, Lənkəran-Astara zonasında 1-8, Naxçıvan MR-da 1-6 mm təşkil edib.

Son xəbərlər

Orphus sistemi